Ermənistan Silahlı Qüvvələri növbəti dəfə atəşkəs rejimini pozub

Ermənistan Silahlı Qüvvələri növbəti dəfə atəşkəs rejimini pozub

Ermənistan Silahlı Qüvvələrinin bölmələri növbəti dəfə atəşkəs rejimini pozublar. Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, erməni hərbiçilər sentyabrın 27-də saat 20:55-dən 21:00-dək və sentyabrın 28-də saat 06:45-dən 06:50-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.

Bütün xəbərlər Facebook səhifəmizdə