Havalar istiləşir

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bu gün hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal küləyi əsəcək, gündüz cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 14-19 dərəcə, gündüz 22-26 dərəcə isti təşkil edəcək.


Azərbaycanın rayonlarında isə bu bəzi yerlərdə qısamüddətli yağış yağacağı, gündüz tədricən kəsiləcəyi, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 13-18 dərəcə, gündüz 23-28 dərəcə, dağlarda gecə 6-11 dərəcə, gündüz 13-18 dərəcə isti təşkil edəcək.


Hava şəraitinin qısa icmalına gəlincə isə yaxın 2 gündə hava şəraitinin əsasən yağmursuz keçəcəyi, temperaturun ötən günlə müqayisədə tədricən yüksələcəyi gözlənilir. Sentyabrın 29-da arabir güclənən cənub küləyi üstünlük təşkil edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə