ABŞ-ın Boston muzeyi “Yorğun Herakl” heykəlinin bir hissəsini Türkiyəyə qaytarıb
ABŞ-ın Massaçusets ştatının Boston Təsviri İncəsənət Muzeyi 20 illik danışıqlardan sonra mərmərdən yonulmuş "Yorğun Herakl" heykəlinin yuxarı hissəsini Türkiyəyə qaytarıb.
DİA-nın əldə etdiyi məlumata görə, "Yorğun Herakl" abidəsinin hündürlüyü 1,5 metr, yaşı təxminən 1900 ildir. 200 kq ağırlığında olan heykəlin müəllifi yunan memarı Lisipdir.
Boston Təsviri İncəsənət Muzeyi heykəlin qaytarılması barədə qərarını "xoşməramlı addım" adlandırıb.
Heykəl romalılar arasında çox məşhur olub, onun surəti qədim Romanın bir çox saraylarını və gimnastika zallarını bəzəyib.
Türkiyə 1981-ci ildən əsərin geri alınmasına çalışıb. Bu müddət ərzində heykəlin aşağı hissəsi Antalyadakı muzeydə nümayiş etdirilib.
Hazırda mütəxəssislər heykəl üzərində bərpa işləri aparırlar. Heykəlin Antalyanın muzeyində nümayiş etdirilməsi planlaşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB