“İntellektual” radarlar qaçırılmış avtomobilləri tapacaq

“İntellektual” radarlar qaçırılmış avtomobilləri tapacaq
Döblət Yol Polisi İdarəsi ölkə ərazisində daha müasir "intellektual" radarların quraşdırılmasına başlayıb. İdarədən SİA-ya verilən məlumata görə, bu radarlar əvvəlkilərdən fərqli olaraq sürücülərin gözünə görünməyəcək: "Belə ki, indiyə kimi quraşdırılmış radarların yerini bilən sürücülər yollarda istədikləri kimi avtomobili sürür radara yaxınlaşdıqda isə sürəti azaldırdılar. Radarı keçindən sonra isə sürət yenidən artırılır, bu da nəticədə bədbəxt hadisələrə səbəb olur. Yeni radarlar isə uzaq məsafədən də magistral yollarda baş verənləri, sürəti dəqiqliyi ilə göstərəcək. Müasir radarlar yüksək sürətlə yanaşı, az sürəti də dəqiqliyi ilə göstərəcək. "İntellektual" radarlar bütün bunlarla yanaşı həm də, avtomobillərin nömrələri də yadda saxlayacaq. Bu isə itmiş avtomobillərin tapılmasına imkan verəcək. Qaçırılmış avtomobil radara yaxınlaşanda isə siqnal verəcək

Bütün xəbərlər Facebook səhifəmizdə