Məhəmməd Əliyev: “Keçirlən hərbi paradlar Azərbaycan və Ermənistanın hansı gücə sahib olduqlarını bir daha sübut etdi” - MÜSAHİBƏ (SƏSTV)

Məhəmməd Əliyev: “Keçirlən hərbi paradlar Azərbaycan və Ermənistanın hansı gücə sahib olduqlarını bir daha sübut etdi” - MÜSAHİBƏ (SƏSTV)

Ehtiyatda olan polkovnik-leytinant İbrahim Ağacanov və tərxis olunmuş Hərbiçilər İçtimai Birliyinin idarə heyyətinin üzvü Məhəmməd Əliyevin SəsTv-yə müsahibəsi



- Azərbaycanın keçirdiyi hərbi paradla Rusiya və Ermənistanın birgə keçirdiyi paradı müqayisə etsək hansı faktları üzə çıxarmaq olar?


İbrahim Ağacanov: - Ümumiyyətlə, bizim keçirdiyimiz hərbi paradla Ermənistanın pardını müqayisə etmək əslində düzgün deyil. Ölkəmizin hərbi qüdrəti təkcə Ermənistana yox, həmçinin dünyanın əksər ölkəsinə bəllidir. Paradda da gördük ki, Azərbaycanda keçirilən paradda nümayiş etdirilən hərbi silahların hamısı özümüzə aid idi, əsgərlərimz isə Azərbaycan ordusunun əsgərləri idi. Ümumiyyətlə, silahlarımız və ordumuz Ermənistanla müqayisədə yüksək səviyyədədir. Ermənistan ordusunda isə silahlar və əsgərlər də daxil olmaqla hamısı ruslara aiddir. Ermənistanın öz ordusunda əsgər çatışmadığına görə rusların hərbi xidmətdə olan əsgərlərini hərbi parada göndəriblər. Bizim üstünlüyümüz məhz bundan ibarətdir ki, biz öz gücümüzə belə möhtəşəm hərbi parad keçirməyə müvəffəq olduq.


Məhəmməd Əliyev: - Mən də əmsphbətimə qoşularaq bildirirəm ki, Ermənistanla Azərbaycanı müqayisə etmək düzgün deyil. İlk öncə qeyd edim ki, Azərbaycanın özünəməxsus şanlı tarixi var. Bu gün də bilirik ki, Ermənistan digər dövlətlərin tarixini oğurlaya-oğurlaya gəlib bu səviyyəyə çatıb. Azərbaycan müstəqil bir dövlətdir, ancaq Ermənistanı müstəqil dövlət adlandırmaq düzgün deyil. Ermənistanda keçirilən hərbi parad bunu bir daha sübut etdi. Əvvəla onu qeyd edim ki, Azərbaycanın hərbi büdcəsi Ermənistanın büdcəsindən çoxdur. Azərbaycanda keçirilən hərbi parada nəzər saldıqda görürük ki, Respublikamızın iqtisadiyyatı inkişafın elə bir səviyyəsinə gəlib çatıb ki, Azərbaycan nəinki silah istehsal edir, o artıq dünyada silah istehsal edən dövlətlərdən birinə çevrilmək ərəfəsindədir. Lakin Ermənistanda belə bir irəliləyişlər mövcud deyil. Keçirlən hərbi paradlar Azərbaycan və Ermənistanın hansı gücə sahib olduqlarını bir daha sübut etdi.


- Ermənistanda Rusiyanın keçirdiyi hərbi parad nəyə hesablanır. Rəsmi Moskvanın marağı nədən ibarətdir?


İbrahim Ağacanov: - Təbii ki, Rusiya ilə Ermənistan arasında strateji müttəfiqlik haqqında müxtəlif səviyyələrdə, müxtəlif formalarda müqavilələri var. Bu baxımdan hər iki ölkənin müəyyən maraqları var. Azərbaycanın da öz strateji müttəfiqləri var. Bu da aydın məsələdir. Dağlıq Qarabağ probleminin tənzimlənməsində məsuliyyət daşıyan və buna cavabdeh olan bir ölkənin bu formada davranması təqdirəlayiq deyil. Rusiya daha çox Ermənistanın marağını güdmək missiyasını həyata keçirir.

Bütün xəbərlər Facebook səhifəmizdə