Son illər uşaq bağçalarının bağlanması və ailələrin maddi durumunun pisləşməsi səbəbindən dayələrin köməyindən yararlananların sayı artıb. Araşdırmalar göstərir ki, hazırda dayəlik fəaliyyəti ilə məşğul olanların 45 faizi ali məktəbi bitirməyib, uşaqlarla iş təcrübəsi yoxdur.
Azərbaycan Uşaqlar Birliyindən SİA-ya verilən məlumata görə, dayələrin psixoloji durumu, uşaqlarla iş təcrübəsi, davranışı, bilik səviyyəsi ilə bağlı keçirilən sorğu və monitorinqlər zamanı məlum olub ki, valideynlər dayə seçərkən keyfiyyətə yox, kəmiyyətə üstünlük verirlər: "Keçirilən sorğu zamanı məlum olub ki, dəyələrə 4 aylıqdan 7 yaşınadək uşaqlar etibar olunur. Dayələr ancaq az pul tələb edənlər arasından seçildiyində, uşaqların incidilməsi, məsuliyyətsizlik, biganəlik kimi halların sayı artıb".
Qeyd edək ki, inkişaf etmiş ölkələrdə dayələr xüsusi firmalar vasitəsi ilə seçilir. Bu zaman bu peşə sahiblərinin psixoloji, fiziki durumuna, ilkin tibbi yardım bacarığına, savadına, məsuliyyətinə və s. önəm verilir.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB