Gəncədə Narkoloji Dispanserdə 400-dən çox şəxs müalicə alır

Gəncədə Narkoloji Dispanserdə 400-dən çox şəxs müalicə alır

Gəncə şəhər Narkoloji Dispanserində müalicə alanların sayı 400 nəfəri ötüb. Bu barədə məlumatı SİA-nın bölgə müxbirinə Narkoloji Dispanserin baş həkimi Sahib İsmayılov məlumat verib. Onun sözlərinə görə, ötən ilin müvafiq zaman kəsiyində dispanserdə 300-dən artıq şəxs müalicə alıb.

"Sadalanan rəqəmlər real vəziyyət i əks etdirmir. Hələ də bəzi vətəndaşlar var ki, onlar dispanserdə müalicə almaq istəmirlər və həmin insanların qohumları da yaxınlarının narkotik aludəçisi olması faktını gizlədirlər", - deyə S.İsmayılov əlavə edib.


İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə