Bakıda “Yeni nəsl: sərhədsiz məsuliyyət” adlı Beynəlxalq Gənclər Forumu keçirilir-YENİLƏNİB

Bakıda “Yeni nəsl: sərhədsiz məsuliyyət” adlı Beynəlxalq Gənclər Forumu keçirilir-YENİLƏNİB

Bu gün Bakıda "Yeni nəsl: sərhədsiz məsuliyyət" adlı Beynəlxalq Gənclər Forumu öz işinə başlayıb. SİA-nın xəbərinə görə, forumda azərbaycanlı gənclərlə bərabər Rusiya Federasiyasının Şimali Qafqaz regionunu təmsil edən ictimai fəal gənclərin, tələbələr, aspirantlar, gənc alimlər və gənclərlə işləyən dövlət orqanlarının, hökumət nümayəndələrinin, qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edir. Bununla yanaşı, yaradıcı və istedadlı gənclər də tədbirə qatılıb.

Forumun açılışında çıxış edən gənclər və idman naziri İntiqam Babayev bildirib ki, tədbirdə ümumilikdə 120-dən çox gəncin iştirakı nəzərdə tutulub. Onun sözlərinə görə, forum çərçivəsində Qafqaz regionunda yaşayan gənclər arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsi, mədəniyyətlərarası dialoqun dəstəklənməsi, gənclərin bu regionun dinc və davamlı inkişafında məsuliyyətinin artırılması, gənclər səviyyəsində xalqlar, millətlərarasında dözümlülk, gəncxlərtin mövcud olan konfliktlərin aradan qaldırılmasında rolu və iştirakı , gələcəkdə iki ölkə arasında gənclərlə iş sahəsində əməkdaşlığın genişləndirilməsi və digər bu kimi məsələlər müzakirə ediləcək: "2 gün keçirilməsi nəzərdə tutulan forumun proqramına eyni zamanda plenar iclaslar, seksiyalar üzrə iş, Azərbaycanın regionları ilə tanışlıq, yaradıcı gənclərin iştirakı ilə konsert də daxildir. Bakı şəhərində işə başlayan forum Qəbələ şəhərində yekunlaşacaq. Proqrama əsasən Qəbələ şəhərində hər iki ölkənin isdedalı gəncləri və yaradıcılıq kollektivləri konsert proqramı ilə çıxış edəcək. Bunlarla yanaşı Forum ərəfəsində qonaqlar Bakı və Qəbələ şəhərlərində Azərbaycanın tarixi və mədəni abidələri ilə tanış olacaqlar".

Azərbaycan Prezident Administrasiyasının şöbə müdiri Elnur Aslanov isə bəyan edib ki, tədbirin keçirilməsində əsas məqsəd gənclər arasında müəyyən bağların, tellərin qurulmasıdır: "120 gəncin tədbirdə iştirakı gözəl ənənədir. Qafqaz gənclər forumunun ilk dəfə Azərbaycanda keçirilməsi Azərbaycanda fərqli dinlərin, fərqli millətlərin nümayəndələrinə olan tolerant münasibətin bariz nümunəsidir. Forumun əsas məqsədi Qafqazdakı problemlər və əldə olunan nailiyyətlərlə bağlı fikir mübadiləsi aparmaqdır\".

Azərbaycanın Rusiyadadkı səfiri Polad Bülbüloğlu isə çıxışında paytaxtda belə bir tədbirin keçirilməsini yüksək qiymətləndirib. Qafqazdakı xalqların qonşu olduğunu deyən P.Bülbüloğlu qeyd edib ki, həmin ölkə gənclərinin bir-biri ilə belə təmaslar qurmasına ehtiyac var: "Bir ölkənin tərkibində olan köhnə nəslin nümayəndələri bir-birini yaxşı tanıyır, yeni nəsil isə bir-birini tanımır. Ona görə də belə forumların keçirilməsi çox əhəmiyyətlidir. İnanıram ki, belə forumlar ənənəvi olaraq keçiriləcək".

Beynəlxalq forum öz işini plenar iclas və seksiyalarla davam etdirir. "Müxtəliflik hüququ Qafqaz – sabitlik uğrunda dialoq və məsuliyyət", "Gənclər və konfliktlər: çıxış yolları", "Gənclərin səsi: Qafqazda sülh, stabillik və inkişaf", "Gənclərin investisiyalaşdırılması, gələcəyin investisiyalaşdırılması" kimi mövzular ətrafında müzakirələr, gənclər arasında təcrübə mübadilələri aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə