Sosial ipotekanın gənc ailələrə aid edilməsi ilə bağlı təkliflər paketi qəbul ediləcək

Sosial ipotekanın gənc ailələrə aid edilməsi ilə bağlı təkliflər paketi qəbul ediləcək

Gənclər və İdman Nazirliyində "Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının icrası ilə bağlı Əlaqələndirmə Şurası artıq formalaşıb. SİA-nın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında gənclər və idman nazinin müavini İntiqam Babayev məlumat verib. O bildirib ki, Əlaqələndirmə Şurasının tərkibinə Dövlət Proqramının icrasında iştirak edən qurumların, ictimaiyyətin nümayəndələri və mütəxəssislər cəlb edilib. Nazir müavinin sözlərinə görə, oktyabr ayında şuranın ilk iclası keçiriləcək.

"Dövlət Proqramının icrasının şəffaflığının təmin olunması üçün internet saytı yaradılacaq və gündəlik görülən işlər orada əks olunacaq. Ümidvaram ki, qarşıdan gələn 4 il ərzində Dövlət Proqramının həyata keçirilməsi gənclərin inkişafında yeni mərhələ olacaq", - deyə o əlavə edib.

Gənclər və idman nazirinin müavini qeyd edib ki, "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramına əsasən gənclərə sosial ipotekanın verilməsi üçün təklif paketi üzərində iş gedir. Hazırda bu istiqamətdə İpoteka Fondu ilə əməkdaşlığın edildiyini deyən İ.Babayev vurğulayıb ki, təkliflərin istiqaməti də müzakirə mövzusudur: "Bu günə qədər mövcud olan sosial ipotekanın məbləğinin artırılması, sosial ipotekaya aid edilən təbəqənin genişləndirilməsi nəzərdə tutulur. Sosial ipoteka yalnız gənc ailələrə deyil, ümumiyyətlə, gənclərə aid ediləcək. Yaxın aylarda bununla bağlı əlavə təkliflər paketi qəbul ediləcək".

Bütün xəbərlər Facebook səhifəmizdə