"Ermənistan qonşudur, Ermənistanda xalq da, millət də var. Onların arasında ziyalılar da var. Təbii ki, bu konflikt nə vaxtsa qurtaracaq və biz bir yerdə yaşamalı olacağıq". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu deyib. Bu gün Bakıda 30 minə yaxın erməninin yaşadığını deyən səfir bildirib ki, deməli, bir yerdə yaşamaq mümkündür. Onun sözlərinə görə, ziyalıların Dağlıq Qarabağa səfər etməsi asan məsələ deyil. P.Bülbüloğlu vurğulayıb ki, son zamanlar bəzi çıxışlarla bağlı vəziyyət yenidən gərginləşib.
"Azərbaycan tərəfi münaqişənin sülh yolu ilə həll olunması üçün əlindən gələni edir. Bunu qarşı tərəfə də izah etmək lazımdır. Yaradıcı insanlarla, ziyalılarla görüşüb bizim mövqeyimizi izah etmək lazımdır. Ona görə də bu görüşlər təşkil olunur. Ermənistanda olarkən çalışırıq ki, Azərbaycanın bu fikrini erməni ictimaiyyətinə çatdıraq. Yaxın zamanlarda Ermənistana belə səfər planlaşdırılmır", - deyə o əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB