"WikiLeaks" saytında Azərbaycanla bağlı verilən məlumatlarla əlaqədar artıq Pezident Administrasiyasının rəhbəri və şöbə müdirləri öz fikirlərini bildiriblər. Müəyyən bir insanların şəxsi mülahizələri üzərində qurulan bu yazışmalara ciddi yanaşmağa ehtiyac yoxdur\". SİA-nın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlmasında Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov deyib. O bildirib ki, \"Wikileaks\"-da əksər hallarda həqiqətdən uzaq olan məlumatların yayılması təəssüf doğurur. Onun sözlərinə görə, böyük dövlətlərin də qeyri-ciddi yazışmalara əsaslanıb fikir mübadiləsinin aparılması səmərəli şəkildə şikayətin aparılmasının bariz nümunəsi deyil.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB