Müstəqilliyimizin “20 illik yubiley”i münasibətilə Sənaye və Energetika nazirliyində tədbir keçirilib

Müstəqilliyimizin “20 illik yubiley”i münasibətilə Sənaye və Energetika nazirliyində tədbir keçirilib

Azərbaycan dövlət müstəqilliyinin yaranmasının 20 illik yubileyi münasibətilə Sənaye və Energetika naziriliyində tədbir keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə millət vəkilləri ilə yanaşı görkəmli xadimlər, dövlət strukturunun nümayəndələri və s. iştirak edib. Tədbiri giriş nitqi ilə açan Sənaye və Energetika naziri Natiq Əliyev əvvəlcə "Müstəqilliyimiz və H.Əliyev" şəxsiyyəti haqqında danışaraq 1991-ci ildən bəri ulu öndərin dayanmadan Azərbaycanın daxili iqtisadiyyatının gücləndirilməsi istiqamətində gördüyü işlərdən söhbət açıb. O, muasir texnologiyaların tətbiqi sahəsində sənaye, kənd təsərrüfatı eləcə də neft-qaz yataqları sahəsində qazanılmış uğurları da tədbir iştirakçılarının diqqətinə çatdırıb. Natiq Əliyev bu uğurlu strageyanın hazırda cənab prezident İ.Əliyev tərəfindən layiqincə davam etdirildiyini də bildirib.

Sonda tədbir digər qonaqların çıxışları ilə başa çatıb.


Bütün xəbərlər Facebook səhifəmizdə