Deputatımız Almaniya və Varşavaya səfər edəcək

Deputatımız Almaniya və Varşavaya səfər edəcək

Azərbaycan Respublikası Milli Məclisinin deputatı Rövşən Rzayev sentyabrın 26-dan 30-dək Almaniyanın paytaxtı Berlində səfərdə olacaq.

SİA-nın xəbərinə görə, R.Rzayev Heydər Əliyev Fondunun və Azərbaycanın buradakı səfirliyinin təşəbbüsü ilə Almaniya Tarix Muzeyində təşkil olunacaq tədbirdə iştirak edəcək. Tədbir Azərbaycanın müstəqilliyinin bərpa edilməsinin 20 illiyinə həsr olunacaq.

Mərasimdə tanınmış siyasətçilər, o cümlədən Almaniya Parlamentinin Cənubi Qafqaz üzrə işçi qrupunun üzvləri də iştirak edəcəklər.

Rövşən Rzayev Almaniyada keçiriləcək tədbirlərdən sonra Varşavaya səfər edəcək. Səfər oktyabrın 2-də başa çatacaq.


Bütün xəbərlər Facebook səhifəmizdə