Beynəlxalq Valyuta Fondunun (BVF) qiymətləndirməsinə görə, 2010-cu ildə dünyanın ən varlı ölkəsi kiçik ərəb ölkəsi Qətər seçilib. SİA-nın The Global Post-a istinadən verdiyi məlumata görə, Qətərdə hər vətəndaşa düşən ümumi daxili məhsulun payı 88222 dollar təşkil edib. Lüksemburqda bu rəqəm 811466 dollardır.
Beləliklə, Qətərin ərazisi və əhalisi ABŞ-dan bir neçə yüz dəfə az olsa da, ÜDM-in payına görə, superdövləti iki dəfə qabaqlayır. Qeyd edək ki, ABŞ-ın hər vətəndaşına düşən ÜDM-in miqdarı 46860 dollardır.
BVF-in proqnozlarına görə, 2016-cı ildə Qətərdə ÜDM 111963 dollar olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB