Xəzərdə təlimlərə başlanacaq
Azərbaycan, Rusiya və Qazaxıstanın fövqaladə hallar nazirlkləri xəzər dənizində birgə təlimlər keçirəcək. Sentyabrın 29-30 Xəzər dənizinin şimal hissəsində \"Lukoil\" ASC-nin Yuri Korçagın adına neftçıxarma platforması rayonunda \"Stasionar neftçıxarma platformasının ərazisində tankerin naməlum gəmi ilə toqquşması nəticəsində yaranmış fövqəladə halların nəticələrinin aradan qaldırılmasında Azərbaycan Respublikası, Rusiya Federasiyası və Qazaxıstan Respublikasının aidiyyəti qurumlarının və xilasetmə xidmətlərinin birgə fəaliyyətlərinin təşkili\" adlı təlim keçiriləcək.
Təlimdə Rusiya Federasiyasının və Qazaxıstan Respublikasının Fövqəladə Hallar nazirliklərinin qüvvə və vasitələri ilə yanaşı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin rəhbər heyəti, əməliyyat qrupu, axtarış-xilasetmə qrupu, rabitə vasitələri, \"Vixr\" yanğınsöndürmə gəmisi, qəza qrupu, \"BE-200 ÇS\" amfibiya təyyarəsi də iştirak edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə