Oğurlanan 88 avtomobildən 81-i tapılıb

Oğurlanan 88 avtomobildən 81-i tapılıb
Bu ilin 6 ayı ərzində BDYPI - yə 88 nəqliyyat vasitəsinin oğurlanması və qaçırılması barədə məlumat daxil olub. İtmiş avtomobillərin tapılması istiqamətində aparılan araşdırmalar zamanı 81-i tapılıb. Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən SİA-ya verilən məlumata görə, oğurluq və qaçırılmış maşınların aşkara çıxarılması əməliyyatı BDYPİ - nin qeydiyyat və axtarış şöbələrinin əməkdaşları tərəfindən həyata keçirilir. Aşkar olunmuş belə avtomobillər DYPİ - nin cərimə meydançalarında saxlanılır.

Bütün xəbərlər Facebook səhifəmizdə