Gəncədə 100-dən artıq həkimin fəaliyyətinə xitam veriləcək

Gəncədə 100-dən artıq həkimin fəaliyyətinə xitam veriləcək

Gəncədə Əmək Məcəlləsinə edilən dəyişikliklərin artıq icrasına başlanılıb. Yaşı 65-dən yuxarı olan tibb işçiləri avqust ayının 1-dən təqaüdə göndərilir. Gəncə şəhər Səhiyyə İdarəsinin kadrlar şöbəsinin baş məsləhətçisi Sevil Hüseynova SİA-nın bölgə müxbirinə bildirib ki, ilin sonuna kimi 110 həkimin fəaliyyətinə xitam veriləcək: \"İslahatlar çərçivəsində əlavə 200-dən çox orta tibb işçisinin də əməyinə ehtiyac qalmayacaq. İxtisarların yekunlaşmasının ardından vakant yerlərə qəbul aparılacaq\".


İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə