Xəzər həftəsi başlayır

"Beynəlxalq Dəniz günü" ilə əlaqədar 26–30 sentyabrda "Xəzər həftəsi"nin qeyd olunması məqsədilə ETSN tərəfindən hazırlanan müvafiq tədbirlər planına əsasən Respublikanın bir sıra orta təhsil müəssisələrində "Mavi Xəzərimiz" mövzusunda lektoriyalar təşkil olunmaqla müxtəlif kütləvi, maarifləndirici tədbirlərə start verilib. Bu barədə SİA-ya nazirlikdən məlumat verilib.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələrinin iştirak etdiyi tədbirlərdə su hövzələrinin zənginliyi, eyni zamanda onun resurslarının qorunmasının vacibliyi, Xəzərin ekoloji problemlərinin həlli istiqamətində görülmüş işlər barədə şagirdlərə məlumatlar verilib.


"Beynəlxalq Dəniz günü" ilə əlaqədar keçiriləcək tədbirlər dənizin ekoloji cəhətdən saflığının və davamlılığının qorunmasına, onun sərvətlərinin mühafizə olunmasına, eyni zamanda ictimaiyyətin maarifləndirilməsinə yönəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə