İranın “Səhər” kanalının “2” qiyməti

İranın “Səhər” kanalının “2” qiyməti

İranın "Səhər-2" kanalının Azərbaycanla bağlı qərəzli siyasəti hamıya məlumdur. Köhnə mövzunu yeni formatda təqdim edən İran televiziyalardan istifadə edir. Eyni dindən olmağımıza baxmayaraq fərqli baxışların sahibi olan dövlətlər olduğumuz məhz bu televiziyada səslənən ifadələr bir daha sübut edir.

"Səhər-2" kanalı isə peyk vasitəsilə deyil, gücləndirici ötürücülərdən istifadə edərək, Azərbaycan ərazisində qanunsuz olaraq yayımlanır. Bu da kanala hakimiyyətdən dəstəyin olduğunu açıq-aşkar göstərir. İran konstitusiyasına görə müstəqil televiziya ola bimək imkanından məhrum olan beynəlxalq \"Səhər" televiziya kanalı İran hökumətinin Azərbaycan iqtidarına zahiri də olsa faktiki münasibətini ayağı altına qoyur.

\"Səhər 2 " televiziya şəbəkəsi radikallıqla Azərbaycanda baş verən hər bir siyasi hadisəni qara rəngə boyamağa meyillidir. Hətta o məsələləri Azərbaycanda mənfi hal kimi təqdim edir ki, həmin məsələ İranda heç də bizdən yaxşı vəziyyətdə deyil.

Biz pisik. Sizdə isə hər şey azaddır. Onda nəzər salaq.

İranda peyk antenaları rəsmən qadağan edilsə də, bu kanal peyk vasitəsi ilə yayımlanır. Hərçənd İranda hər kəsin evində peyk qəbuledicisi var və helekopterlə Tehran üzərində uçan polisə hətta qəbuledici çanaqların sayı məlumdur. Bunula belə İranın hansı televiziya kanalının siyasi verilişinə birbaşa canlı bağlantı mümkündur? özləri üçün rəva görmədiklərini niyə qonşu dövlət üçün rəva görürlər? Bu televiziya ilə əlaqə yaradanların siyasi bilikləri və ümümiyyətlə dini bilikləri o qədər aşağı səviyyədə olur ki, bir onu anlamaq olur ki, müsahib inanclı birisidir və Azərbaycandakı siyasi rejimdən narazıdır.

Azərbaycandakı işləri necə işıqlandırdığına ani nəzər saldıqda bu missiyanın Azərbaycan hökumətinə qarşı açıq surətdə qərəzli mənfi münasibəti əks etdirdiyi məlum olur. Çox güman ki, belə yanaşma soyuq müharibə dövrü düşmənini bütün vasitələrlə sarsıtmaq məqsədi güdən sovet dönəmində özünü doğrulda bilərdi.

Media eksperti, Bakı Dövlət Universitetinin professoru Qulu Məhərrəmli hesab edir ki, İranın "Səhər 2" telekanalını bu cür verilişlər yayımlaması media praktikasına ziddir: " bunlar heç bir beynəlxalq konvensiya təcrübəsinə sığmır. Çünki beynəlxalq konvensiyaya bir dövlətin başqa dövlətin ərazisində təbliğat verlişləri yayımlamağı qadağan edir. İran eyni zamanda Azərbaycanın efir fəzasını da pozur. Bütövlükdə "Səhər 2" telekanalı sırf pozuçuluq və təbliğat xarakterli məlumat yayır. Bu Azərbaycana qarşı təbliğat diversiyasıdır. Məqsəd nədir? Bütövlükdə məqsəd Azərbaycana qarşı təbliğat xarakterli verilişlər nümayiş etdirməklə sayı çox olan azərbaycanlıların ölkədaxilində mövcud olan problemləri diqqətdən kənarda tutmaqdır".

Azərbaycanda radikal qüvvələrin cihada çağırması və müxtəlif etirazlar, o cümlədən hicab məsələsi ilə bağlı məktəblərə fiziki hücumlar, bütün bunlar İranın ixracıdır. Onların mollaları iğtişaşları qızışdırmaq və Azərbaycanın hakimiyyət orqanlarını "islamafobiya"da təqsirləndirmək üçün Azərbaycandakı translyasiyalarından istifadə edirlər. Burada məsələ Azərbaycanın kifayət qədər yaxşı tanıdığı din azadlığında deyil, Azərbaycan cəmiyyətinə öz inkişafı ilə bağlı məsələlərlə İranın radikal və hətta zorakılıqla müdaxiləsinə yol verilmədən məşğul olmaq imkanının verilib-verilməyəcəyindədir. İranın məqsədi Azərbaycanda sosial məsələlərə dair diskussiyanı "Dövlət dünyəvi, yoxsa dini olmalıdır" sualının müzakirəsinə yönəltməkdir.

Azərbaycanın hər hansı nöqsanları olmasına baxmayaraq, tərəqqinin qarantı olan qərbyönümlü, dəqiq dünyəvi və praqmatik hökumət, fikrimizcə, İranla bağlı olan və yaxud zəifliyinə görə, digər dövlətlərin tam təsiri altına düşməsi ehtimal olunan alternativdən daha yaxşıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə