Ermənistandakı azərbaycanlı əsir üçüncü ölkəyə təhvil verildi

Ermənistandakı azərbaycanlı əsir üçüncü ölkəyə təhvil verildi

Ermənistandakı azərbaycanlı hərbi əsir Roman Hüseynov 3-cü ölkəyə təhvil verilib. Bu barədə Ermənistanın Müdafiə Nazirliyi məlumat yayıb. Məlumatda bildirilir ki, Azərbaycana qayıtmaqdan imtina edən Roman Hüseynov BMT-nin qaçqınlar üzrə ali komissarının ofisinin və Beynəlxalq miqrasiya təşkilatının nümayəndələri vasitəsilə üçüncü ölkəyə təhvil verilib. Roman Hüseynovun hələki hansı ölkədə olduğu açıqlanmır. Roman Hüseynovun 3-cü ölkəyə təhvil verilməsi ilə bağlı isə hələ ki rəsmi Bakı məlumatlandırılmayıb. Xatırladaq ki, Azərbaycan silahlı qüvvələrinin kiçik çavuşu Roman Hüseynov 2010-cu il avqustun 27-də Ermənistan ordusu tərəfindən əsir götürülüb. Qeyd edək ki, hazırda Azərbaycanda 3 hərbi əsir, 5 mülki vətəndaş var. Onlardan 3-ü üçüncü ölkəyə getmək arzularını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə