“London” taksilərindən #9000 yığmaqla şikayət edə bilərsiniz

“London” taksilərindən #9000 yığmaqla şikayət edə bilərsiniz
Paytaxt ərazisində fəaliyyət göstərən yeni "London" taksilərinin sürücüləri sərnişinlərə kobud davranarlarsa onlara qarşı ciddi tədbirlər görüləcək.

Nəqliyyat Nazirliyindən SİA-ya verilən məlumata görə, bunun üçün xüsusi xidmət fəaliyyət göstərir: "Əgər sürücü sərnişinlə kobud davranarsa, gediş haqqı üçün sayğacda göstəriləndən artıq pul tələb edərsə, təhlükəli sürərsə və s. neqativ hallarla rastlaşarsa bu zaman #9000 telefon nömrəsinə zəng vurmaqla yaranmış vəziyyətlə bağlı məlumat verə bilərlər. Məlumat daxil olduqdan sonra problem araşdırılacaq və zəruri tədbirlər görüləcək".


Bütün xəbərlər Facebook səhifəmizdə