Üzü sığortalandı

Azərbaycanda ilk dəfə olaraq, "Atəşgah" Sığorta Şirkəti məşhur Azərbaycan müğənnisinin simasını sığortalayıb. SİA-nın xəbərinə görə, bu "Eurovision 2011" musiqi müsabiqəsinin qalibi Nigar Camaldır.

Bununla bağlı sentyabrın 28-də "Excelsior Hotel Baku" mehmanxanasının "Alinja" zalında tədbir keçiriləcək. Tədbirdə Nigar Camal və "Atəşgah" Sığorta Qrupunun məsul şəxsləri iştirak edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə