Bakı Bulvarının əməkdaşları ingilis dilini öyrənəcək

Bakı Bulvarının əməkdaşları ingilis dilini öyrənəcək
Bakı Bulvarının personalı ingilis dili öyrənəcək. Bakı Bulvarı İdarəsi rəhbərliyindən SİA-ya verilən məlumata görə, bu məqsədlə Bakı Bulvarı idarəsində çalışan əməkdaşlar üçün treninqlər təşkil olunacaq: "Son illər Milli parka gələn qonaqlar arasında xaricilər çoxdur. Qarşıdan "Eurovision-2012\" beynəlxalq müsabiqəsi gəlir. Bununla əlaqədar paytaxta gələn xarici qonaqların sayı daha da artacaq. Xarici qonaqlara yüksək xidmət göstərmək məqsədilə parkın personalının ingilis dili bilməsi vacibdir. Əməkdaşlara danışıq dili, müştəriyə menyunu təqdim etmək, sifarişi qəbul etmək səviyyəsində kursları keçiriləcək".

Bütün xəbərlər Facebook səhifəmizdə