Dəniz səyahəti dünyada ən bahalı səyahət növü hesab olunur və olduqca böyük maraq və diqqət obyektidir. Ta qədimdən zəngin adamların cibinə uyğun olan dəniz səyahəti mədəni və kübar istirahət növü hesab olunur.
Zaman keçdikcə otellərdə dincələnlərin sayı azalır və dəniz səyahətləri populyarlıq qazanır. Əldə etdiyimiz məlumata görə, bu gün amerikalı turistlərin 70 faizi dəniz səyahətinə üstünlük verir. Avropada, xüsusilə İtaliya və İspaniyada da dəniz səyahətləri çox dəbdədir. Cənubi Kiprdə 700 min əhalinin 70 mini dəniz səyahətinə üstünlük verir.
İmkanlılar isə bu kübar istirahət növündən zövq almaq üçün şəxsi yaxtalara üstünlük verirlər.
Apardığımız araşdırma zamanı dünyanın məşhur kruizləri və yaxtaları ilə bağlı maraqlı faktlar əldə etdik.
Məlum oldu ki, ən bahalı kruizi Seadrem II yaxtasında Venetsiyadan Xorvatiyanın Dubrovnik portuna qədər səyahət hesab edilir. Bu əsrarəngiz gəmi səyahəti sutkada bir nəfər üçün 999 dollar, VİP kayutlarda isə 2 262 dollara başa gəlir.
İmkanlı adamların ən çox sevdiyi dəniz səyahətləri sırasında Baltik dənizində səyahət də var. Baltik dənizinin təbii imkanları bu səyahətə çox qısa müddət ərzində imkan versə də, qısa kruiz mövsümündə çox populyarlıqla istifadə olunur. Ancaq bir nəfər üçün 2000 avrodan baha başa gələn bu turlara qoşulmaq heç də hər kəsin cibinə uyğun olmur.
Məşhur turizm şirkətləri isə diqqəti bu istirahət növünə cəlb etmək məqsədilə mutamadi olaraq ekzotik və daha maraqlı kruizlər təklif etməyə çalışırlar.
Hazırda dəniz əyləncəsi sevənlər arasında daha çox populyarlıqla "Titanik"in yolu ilə Avropadan Amerikaya qədər üzmək hesab olunur. Dünyanın ən iri Queen Mary okean laynerində 1 gecəlik xidmətin qiyməti 757 dollaradır.
Ancaq qiymətlərin yüksək olmasına baxmayaraq, dəniz həvəskarları dəniz laynerində keçirdikləri vaxtı dəfələrlə beşulduzlu oteldəki istirahətdən artıq bilirlər.
Ən bahalı yaxtalar...
Varlılar arasında turizm şirkətlərinə xərclədikləri pullarına qənaət edib şəxsi yaxtalara sahiblənənlərin də sayı çoxdur. Sözsüz ki, hər kəs özünə belə bahalı bir hədiyyə edə bilməz. Çünki yaxtanın ən kiçiyini belə almaq milyonlarla dollara başa gəlir.
Dünyanın ən bahalı, böyük və dəbdəbəli yaxtası məşhur biznesmen Poman Abramoviçə məxsus olan \"Eclipse\" – hesab edilir. Uzunluğu 167 metr, sürəti 38 olan \"Eclipse\"də xüsusi qoruyucu lazer sistemi quraşdırılıb ki, yaxtada video və ya foto çəkilişi etmək mümkün deyil. Bununla belə yaxtada kinoteatr, basseyn, rəqs meydançası, fitnes klub, parixmaxer, hamam, sauna, vip kayuta, hətta bir necə qayıq yerləşdirilib. Yaxta 540 milliyon dollara qiymətləndirilir. Onun gündəlik xərcləri isə 100 min dollara yaxındır.
Turizm şirkətləri də öz yaxtalarına müştəri cəlb etmək üçün bütün vasitələrdən istifadə edirlər. Məsələn, Havay adası sularında üzən "Norveç ulduzu" adlı laynerdə hər sərnişinə bir restoran, bütün kayutlarda balkon, bahalı mebel, vanna otaqları və dəb-dəbəli personalıdan istifadə olunur.
Phoenix adlı yaxta isə dünyada böyüklər üçün ən bahalı və yaraşıqlı dəniz oyuncağı adı qazanıb. Bu super yaxtanın daxili xüsusi dizaynla quraşdırılıb və onun tərtibatında dünyanın ən tanınmış dizaynerləri iştirak edib. Yaxtanın üst göyərtəsində jakuzi bar, kinozal hətta dəniz suyunun səsini tənzimləyə qurğu quraşdırılıb. Bu yaxtada bir həftəlik səyahətin qiyməti 500 min avrodur.
"1001 gecə"yə tələbat artır
Xəzər dənizinin qoynunda yerləşən şəhərimizdə də dənizində səyahətə çıxmaq, şəhərin səs küyündən kənarlaşaraq suların qoynunda istirahət etmək üçün son illər dənizə xüsusi yaxtalar buraxılıb. Yerli yaxtalarımız dünya səviyyəsində olanlara çatmasa da öyrəndik ki, kayutlarda istirahət üçün yaxşı şərait yaradılıb.
Hazırda Bakının ən məşhur yaxtası "1001 gecə"dir. Bu yaxtadan istifadə edənlərin sayı durmadan artır. Əsasən gənclər öz sevdikləri ilə dəniz səyahətinə çıxmağa maraq göstərirlər. Əldə etdiyimiz məlumata görə, müştərilərin sayı bayram və istirahət günlərində daha çox olur.
Yaxtadakı səyahətin qiymətləri ilə də maraqlandıq. Məlum oldu ki, Bayraq meydanına yaxın ərazidə dəniz sahilində saxlanılan yaxtada gəzintiyə çıxmağın 1 saatlıq qiyməti 200 manat, 2 saat 300 manat, 3-5 saatlıq 1 saatı 100 manatdır. Səyahət 5 saatdan çox davam edərsə qiymətdə daha çox endirim təklif olunur.
Onu da deyək ki, ölkəmizdə bu xidmətin inkişaf etdirilməsinə maraq göstərənlər də var. Belə ki, yaxınlarda Azərbaycanda olan Türkiyənin \"Egeon Travel & Cruise\" Azərbaycandan digər ölkələrə dəniz turlarını düzənləməyi hədəflədiyini bildirib. Dəniz turlarında sərnişinlər ən yüksək səviyyəli xidmətlərlə bir limandan digərinə daşınacağını vəd edən iş adamları Quşadasından Egey adalarına, İtaliya, İspaniyada beşulduzlu otellərdə qalmaq da daxil olmaqla dəniz səyahətlərini təşkil etməyi vəd ediblər.
Son dərəcə ekonomik turlar təklif edən şirkət turları qiymətinin 300 -1500 avro arasında olacağını bildirib. Hələlik şirkətin fəaliyyətə başlayıb başlamayacağı məlum olmasa da, bu sahənin yüksək səviyyə çatdırılması üçün qarşıda xeyli işlərin görülməsinin vacibliyinə əminik.
Ümid edirik ki, təbiətin bizə bəxş etdiyi bütün imkanlardan yararlanıb turizmin bu növünün inkişafına nail olacağıq.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB