Davada 1 aylıq körpə öldü
İmişlidə yaşayan Sevinc Əsgərova qeyri-rəsmi nigahda olduğu Nemət Qəmbərovla dava edib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, evə sərxoş gələn Neman Sevinclə mübhisə edib. Sonradan davaya çevrilən mübahisədə Neman Sevinci döyüb. Ana 1 aydır, dünyaya gəlmiş oğlu Xəyalın üstünə yıxılıb. Körpənin vəziyyəti ağırlaşıb. Xəstəxanaya çatdırılarkən isə yolda keçinib. Fakta bağlı cinayət işi açılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə