Yevlaxda “Kənd təsərrüfatında sahibkarlıq fəaliyyətinin sığortalanması” müzakirə olunub

Yevlaxda “Kənd təsərrüfatında sahibkarlıq fəaliyyətinin sığortalanması” müzakirə olunub

Yevlaxda kənd təsərrüfatındasahibkarlıq fəaliyyətinin sığortalanması mövzusunda tədbir keçirilib.

SİA-nın Qarabağ üzrə bölgə müxbirinin verdiyi məlumata görə, İqtisadi İnkişaf Nazirliyinin, Yevlax şəhər İcra Hakimiyyətinin dəstəyi, Bakı Biznes Tədris Mərkəzinin Yevlax nümayəndəliyinin təşkilatçılığı ilə reallaşan tədbir biznesdə risklərin azaldılması yolları, sığortanın əhəmiyyəti, xüsusiyyətləri, zəruriliyi, bu sahədə mövcud qanunvericilik bazası və s. barədə iştirakçılara ətraflı məlumat verilib. Tədbirdə "Kənd təsərrüfatında sahibkarlıq fəaliyyətinin sığortalanması" mövzusunda müzakirələr aparılıb, sahibkarları maraqlandıran suallar cavablandırılıb.

Görüşdə Aran iqtisadi rayonunda fəaliyyət göstərən 70-ə qədər sahibkar iştirak edib.


Şamxal Cəliloğlu

Bütün xəbərlər Facebook səhifəmizdə