Yeni Azərbaycan Partiyasının şəhər və rayon təşkilatı sədrlərinin növbəti müşavirəsi keçirilib - FOTOSESSİYA

Yeni Azərbaycan Partiyasının şəhər və rayon təşkilatı sədrlərinin növbəti müşavirəsi keçirilib - FOTOSESSİYA

Bu gün Səbail rayon İcra Hakimiyyətində Yeni Azərbaycan Partiyasının şəhər və rayon təşkilatları sədrlərinin növbəti müşavirəsi keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə YAP-ın sədr müavini, icra katibi millət vəkili Əli Əhmədov, hakim partiyanın icra katibinin müavinləri Siyavuş Novruzov və Mübariz Qurbanlı, YAP-ın şəhər və rayon təşkilatlarının rəhbərləri iştirak edib.

Tədbirdə çıxış edən YAP-ın sədr müavini, icra katibi, millət vəkili Əli Əhmədov bildirib ki, hazırda partiyanın sıralarında 550 minə Azərbaycan vətəndaşları cəmləşib. Onun sözlərinə görə, cari ilin 6 ayı ərzində partiya sıralarına 15 minə yaxın vətəndaq qəbul olunub və onların arasında gənclər üstünlük təşkil edir: "Partiya sıralarına gənclərin qoşulması yeni ab-hava gətirib. Ölkə inkişaf etdikcə, partiya da inkişaf edir, mövqelərini gücləndirir"

Ə.Əhmədov vurğulayıb ki, YAP-ın nizamnaməsində müəyyən normalara uyğun olaraq şəhər və rayon konfransların keçirilməsi planlaşdırılır: "Bu partiya daxilində böyük bir kampaniyadır. Nizamnaməyə uyğun şəkildə konfransların keçirilməsi partiyanın rayon və təşkilatlarının fəaliyyətinə nəzər salmaq və qiymət vermək imkanı yaradır. Partiyanın artan nüfuzu, genişlənən mövqeləri nəzərdə tutulan konfransların yüksək səviyyədə keçirilməsini təmin edəcək. YAP-ın sıraları getdikcə genişlənir və bu sıralara daha çox gənclər cəlb olunur. Bütün bunların hamısı partiyanın həm mövqelərini möhkəmlədirir, həm gənclər arasında partiya tərəfdarlarının sayının çoxalmasından xəbər verir. Hesab edirik ki, Yeni Azərbaycan Partiyasının şəhər və rayon təşkilatlarının konfranslarının keçirilməsi partiyanın indiki həyatında əhəmiyyətli bir hadisə olacaq, mühüm töhfələr və yeni stimul verəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə