Mingəçevir Dövlət Dram Teatrı əsaslı təmir edilir. Teatrın kollektivi 139-cu mövsümə ciddi hazırlaşır. SİA-nın Qarabağ üzrə bölgə müxbirinə Mingəçevir şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, bu ayın sonunda Mingəçevir Dövlət Dram Teatrının təntənəli açılış mərasimi olacaq. Açılış mərasimində mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin iştirakı gözlənilir.
Bildirək ki, 139-cu mövsümünü əsaslı təmirdən sonra açacaq Mingəçevir Dövlət Dram Teatrının tamaşaçılarla ilk görüşü sentyabrın 29-na planlaşdırılır.
Şamxal Cəliloğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB