8 yaşlı şəhidin adının əbədiləşdirilməsi üçün Ağdamın Orta Qərvənd kənd orta məktəbinə verilməsi məsələsinə baxılır.
Ağdam rayon İcra Hakimiyyətindən SİA-nın Qarabağ üzrə bölgə müxbirinə verilən məlumata görə, Ayaq Qərvənd kənd orta məktəbinə Fariz Bədəlovun adının verilməsi barədə Nazirlər Kabinetinə müraciət olunub. Müraciətə müsbət cavab verilərsə, məktəbdə Farizin adının əbədiləşdirilməsi üçün bütün zəruri tədbirlər həyata keçiriləcək.
Xatırladaq ki, Ağdam rayonunun Orta Qərvənd kəndində yaşadığı evin həyətində erməni snayperinin açdığı atəş nəticəsində qətlə yetirilmiş 8 yaşlı Fariz Bədəlov atəşkəs dövründə şəhidlik statusu almış ilk azyaşlıdır.
Şamxal Cəliloğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB