Goranboyda kitab bayramı keçiriləcək

Goranboyda kitab bayramı keçiriləcək

Sentyabrın 29-da rayonda "Uşaqlar ipək yolu ilə" adı altında kitab bayramı təşkil olunacaq.

Bu barədə SİA-nın Qarabağ üzrə bölgə müxbirinə rayon Mədəniyyət və Turizm Şöbəsinin rəisi Gündüz Hacıyev məlumat verib. Onun sözlərinə görə, kitab bayramında uşaq dünyasından bəhs edən nəşrlər - nağıllar, uşaq hekayələri və s. yer alacaq.

Tədbirdə iştirak edən uşaq və yeniyetmələrə adıçəkilən toplular hədiyyə də olunacaq. Tədbir Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə reallaşacaq.


Şamxal

Bütün xəbərlər Facebook səhifəmizdə