Yaxın zamanlarda Goranboy rayonunda 450 yerlik yeni Mədəniyyət evi tikilib istifadəyə veriləcək. Bu barədə SİA-nın Qarabağ üzrə bölgə müxbirinə rayon Mədəniyyət və Turizm Şöbəsinin rəisi Gündüz Hacıyev məlumat verib.
O bildirib ki, əsaslı təmir işləri daxili imkanlar və yerli büdcə hesabına aparılır: "Bundan əlavə hazırda rayonun Sarov kəndində 250 yerlik Mədəniyyət evinin də təmir işləri aparılmaqdadır. Həmçinin, Dəliməmmədli qəsəbəsindəki musiqi məktəbinin də yeniləşmiş binasını bu sıraya aid etmək olar".
Gündüz Hacıyev həmçinin bildirib ki, bu il ərzində Qaramsallı, İrəvan və Zeynallı kəndlərinin hər birində yeni kitabxana binaları da tikilib istifadəyə verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB