Yüz minlərlə xəstəyə gözəl xəbər

Yüz minlərlə xəstəyə gözəl xəbər
İtaliyalı və amerikalı alimlər Amyotrofik Lateral Skleroz (ALS) xəstəliyinə səbəb olan geni taparaq müalicə olunmağı gözləyən yüz minlərlə xəstəyə ümid verən bir araşdırmaya imza atıb. SİA-nın məlumatına əsasən, \"Il Giornale\" qəzetində yayımlanan xəbərə görə, həkimlər 10 illik bir araşdırmanın sonunda xəstəliyin səbəbinin, \"c9orf72\" adlı genin mutasiyası olduğunu təsbit edib.

ABŞ-dakı Bethesda Milli Sağlamlıq İnstitutunun laboratoriyalarında aparılan araşdırmaya görə, DNT sıralmasında dəyişikliyə səbəb olan mutasiya ALS-ə səbəb olur. Alimlər kəşflərinin bir müalicə üsulu kimi inkişaf etdirilməsini \"tarixi əhəmiyyət daşıdığını\" söyləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə