Rəcəb Tayyib Ərdoğan: “Dağlıq Qarabağ probleminin həll olunmamış qalması əsla qəbul edilə bilməz”
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 66-cı sessiyasında çıxış edib. SİA-nın məlumatına görə, o, çıxışında Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalına da toxunub. Türkiyənin hökumət başçısı haqsız işğala son qoyulmasının vacibliyini vurğulayıb. "Dağlıq Qarabağ probleminin bu şəkildə həll olunmamış qalması əsla qəbul edilə bilməz. Beynəlxalq problemlər qanqrena halına gəlmədən həll yolunun tapılması hamımızın siyasi və əxlaqi məsuliyyətimizdir", - Rəcəb Tayyib Ərdoğan bildirib.
Türkiyənin baş naziri bəyan edib ki, Azərbaycan torpaqlarının işğalı probelmi tez bir zamanda həll olunmalı, Dağlıq Qarabağla bağlı vəziyyətə aydınlıq gətirilməlidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB