Radikal müxalifət “liderləri” məhkəmədə öz əməllərini etiraf etdilər
Əli Kərimli və İsa Qəmbər suallar qarşısında aciz qaldılar
SİA-nın verdiyi məlumatına görə, müdafiə tərəfinin vəsadəti əsasında şahid qismində dindirilmiş AXCP və Müsavat partiyalarının rəhbərləri Əli Kərimli və İsa Qəmbər sərbəst ifadə verib dövlət ittihamçısının suallarını cavablandırarkən məlum olub ki, 02.04.2011-ci il tarixdə ictimai qaydanın və digər şəxslərin hüquqlarının pozulmasına səbəb olan qanunsuz aksiyanın "Fəvvarələr" meydanında keçirilməsi barədə müvafiq icra hakimiyyəti orqanına rəsmi yazılı xəbərdarlıq göndərilməyib.
Aydın olub ki, Bakı şəhər İcra hakimiyyətinin 02.04.2011-ci il tarixli mitinqlə bağlı müraciətə 29.03.2011-ci il tarixli cavab onlara verilsə də "Sərbəst toplaşmaq azadlığı haqqında" Azərbaycan Respublikasının Qanununun 11-ci madəsinə əsasən 2 gün müddətində baxılan həmin qərardan inzibati qaydada və ya məhkəməyə şikayət verilməyərək həmin müraciətə düzgün baxılmayacağı gümanı ilə digər qanunsuz yolu seçilib.
Məhkəmədə tədqiq olunan sübutlara istinadən aksiyanın dinc xarakterli olduğu təkzib olunan hansı ki, Səbail rayon məhkəməsinin digər hökmü ilə həmin əməllərə görə təqsirli bilinmiş aksiya iştirakçıları Arif Alışlı və Elnur İsrafilovun əl və ayaqla avtobusa zərbələr yetirərək ziyan vurması, o cümlədən aksiya zamanı 25 nəfər şəxsə xəsarət yetirilməsi və külli miqdarda zərər vurulması barədə sualı da məlumatımız yoxdur deyə əsassız cavablandırılıb.
Bundan sonra 01.04.2011-ci il il tarixdə onlara edilmiş xəbərdarlıq barədə təqsirləndirilən şəxslərə məlumat vermədiklərini və özlərinin həmin aksiyada iştirak etmədiklərni göstərmiş, bununla bağlı bır sıra sualları cavablandıra bilmədiklərindən həmin hərəkətlərin fəal iştirakçıları və təşkilatçıları olan təqsirləndirilən şəxslərin məsuliyyətdən azad edilməsinə yönələn bəyanat verməklə həmin aksiyanın təşkilatçılığına görə məsuliyyəti daşımağa hazır olduqlarının bildirsələr də faktiki olaraq həmin aksiyada iştirakdan yayınıblar.
İclas boyu prokuror tərəfindən həmin şəxslərə ünvanlanmış ittihamla bağlı suallara təqsirləndirilən şəxslər və müdafiəçiləri etiraz edərək cavabın partiya rəhbərlərinin ictimai və siyasi nüfuzdan salınmasına yönəldiyini bildirib, lakin məhkəmə tərəfindən etirazlar rədd edilib.
Sonra dövlət ittihamçısının məhkəmə istintaqının yekunlaşdırılması və çıxış üçün vaxt verilməsi barədə müraciətinə müdafiə tərəfi də etiraz etməmiş və məhkəmə iclası 26.09.2011-ci il saat 14:00-a qədər təxirə salınıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB