Bu il avqustun 21-dən sentyabrın 21-dək elan edilmiş Sülh aylığına yekun vurulub. SİA-nın xəbərinə görə, ombudsman bununla bağlı dövlət qurumlarına müvafiq tədbirlərin keçirilməsi ilə bağlı müraciətlər ünvanlayıb, aylıq çərçivəsində müxtəlif mövzularda çoxsaylı tədbirlər təşkil olunub. Həmin tədbirlərdə müxtəlif nazirliklər, şəhər və rayon icra hakimiyyəti orqanları, bələdiyyələr, vətəndaş cəmiyyəti, QHT-lər, icmalar və KİV nümayəndələri fəallıq göstəriblər.
Ombudsmanın Azərbaycan Sülh və İnkişaf Alyansı ilə birlikdə 21 sentyabr - Beynəlxalq Sülh günü münasibətilə keçirdiyi və nüfuzlu beynəlxalq qurumlara, səfirliklərə, ombudsman təsisatlarına və müxtəlif öikələrdəki diaspor təşkilatlarımıza ünvanlanan müraciətin qəbul olunduğu dəyirmi masa bu aylığın mühüm tədbiri olub. Yekun tədbirində bu il müstəqilliyinin bərpasının 20-ci ildönümü qeyd olunan, milli və dini tolerantlığın hökm sürdüyü ölkədə əhalinin, hər bir vətəndaşın sülh mədəniyyətinə yiyələnməsi üçün səylər göstərildiyi diqqətə çatdırılıb. Əsas insan hüquqlarından ən önəmlisinin yaşamaq hüququ olduğu, bu hüququn isə yalnız sülh, sabitlik və dinc yanaşı yaşamaq şəraitində təmin olunmasının mümkünlüyü vurğulanıb. Müvəkkilin Bakıda və regionlarda hər il davamlı olaraq keçirdiyi silsilə hüquqi-maarifləndirmə tədbirlərində ölkə vətəndaşlarının sülh mədəniyyəti təhsilinə yiyələnməsinə, mədəniyyətlərarası, dinlərarası dialoqun qurulmasına diqqət yönəltdiyi bildirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB