İldırım Məmmədov: “Ermənistanda keçirilən paraddan sonra təşkil olunan konsertdə dəsmal götürüb ağlamaq lazım idi” - MÜSAHİBƏ (SƏS TV)
Hərbi Analitik Tədqiqatlar mərkəzinin direktoru, ehtiyatda olan polkovnik İldırım Məmmədovun SəsTV-yə müsahibəsi:
- Ermənistanda keçirilən qondarma hərbi paradı Rusiyanın əyalətlərindən birində keçirilən "düzlən sırası" kimi dəyərləndirmək olarmı?
- Əlbəttə ki, aşağı səviyyədə keçirilən parad idi. Sovet hakimiyyəti illərində Novosibirskdə keçirilən parad Ermənistanda keçirilən paraddan qat-qat üstün idi. Nəinki digər ölkələrdə, eləcə də Ermənistanda parad haqqında tənqidi yanaşma var. Hətta paradda prezidentin rus dilində gömrük bazasının şəxsi heyətini salamlaması, erməni bayrağı ilə yanaşı rus bayrağının paradda olması, eləcə də Rusiyanın hərbi bazasından götürülən hərbi texnikanın özününkü kimi nümayiş etdirməsi göz önündə idi. Həmin paradda musiqiçilərin düzülüşü belə yaxşı şəkildə təşkil edilməmişdi. Atdığı addımları belə çalınan musiqiyə uyğun deyildi. Bundan başqa keşişləri bayraqlarla bəzəyib həmin paradda sıralara buraxmaq düzgün hal deyil. Bunun da mənası odur ki, erməni katolik kilsəsinin Ermənistan hökumətinin hərbi siyasi rəhbərliyinin ideologiyasının kökündə olmasıdır. Bu da onun nəticəsidir ki, demək ki, orada kilsənin göstərişi ilə hərəkət edirlər.
Paraddan sonra keçirilən konsertdə isə yalnız dəsmal götürüb ağlamaq lazım idi. Bakıda o qədər konsertlər olur ki, onların təşkil etdiyi konsertlər paytaxtımızda olan ən ucuz konsertlərdən biri kimi idi. Silahlı texnikanın nümayişinə gəlincə isə parada yeni bir şey yox idi. Hamısı da əsrin 70-80-ci illərindən qalan köhnə texnika idi.
- Rusiyanın marağı nədən ibarətdir ki, əyalətində gözlənilmədən, tələsik "parad" keçirib?
- Rusiya hər zaman olduğu kimi ikibaşlı siyasət yeridir. Eləcə də onların gerbində iki başlı qartalın olması da bunun bariz nümunəsidir. Ancaq düşünürəm ki, onların iki başı deyil, hətta çoxlu başları var. Əsas məqsədləri odur ki, Nabucco qaz kəmərini alsınlar, Orta Asiyadan gedə biləcək qaz enerji xətlərinin Azərbaycan keçən hissəsini ala bilsinlər.
- İranla Ermənistanın eyni vaxtda parad keçirməsini təsadüfi hesab etmək olarmı?
- Hesab edirəm ki, burada heç bir təsadüf yoxdur. Bu planlaşdırılan, dünya üçün ümumi məqsəd daşıyan bir haldır. Bildiyimiz kimi İran hazırda gərgin şəraitdədir. İran bütün dünyada olan terrorist təşkilatlarını dəstəkləyir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB