Sabirabadda insan alverinə qarşı mübarizə mövzusu müzakirə olunub - FOTOSESSİYA
Bu gün Gənclər və idman nazirliyi Sabirabad rayonunda insan alverinə həsr olunmuş müşavirə keçirilib. SİA-nın Aran bürosunun məlumatına görə, müşavirədə gənclər və idman nazirinin müavini İntiqam Babayev, Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı mübarizə idarəsinin şöbə rəisi Şahin Qocayev, idarənin baş əməliyyat müvəkkili Anar Əliyev, "Təmiz Dünya" İB-nin sədri Mehriban Zeynalova, Sabirabad rayon polis şöbəsinin rəis müavini Rauf Məcidov və 18 şəhər və rayonun gənclər və idman idarələrinin rəisləri iştirak edib.
Nazir müavini müşavirənin keçirilməsinin məqsədi barədə açıqlama verərək bildirib ki, respublikamızda insan alverinin qurbanı olan vətəndaşlarımızdan gənclərin olması narahatçılıq doğurur. Ona görə də 18 şəhər və rayonun nümayəndələrinin iştirakı ilə müşavirələr keçirməklə bu sahədə görülən işləri müzakirə edəcəyik. İlin əvvəlindən bu günə qədər 60 gəncin insan alverinin qurbanı olmasına dair cinayət işi qeydə alınıb. Bu istiqamətdə 2011-2015-ci illər üçün dövlət proqramında nəzərdə tutulan tədbirlər həyata keçiriləcək.
Müşavirədə İntiqam Babayev, idarə rəisləri, İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin şöbə rəisi və fəal gənclər çıxışlar ediblər.
İqbal Mikayılov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB