Vergilər Nazirliyi Şamaxıda mətbuat konfransı keçirib

Vergilər Nazirliyi Şamaxıda mətbuat konfransı keçirib
Bu gün Vergilər Nazirliyi tərəfindən Şamaxı rayon Tədris Mərkəzində təşkil edilən "Press Tur" çərçivəsində mətbuat konfransı keçirilib. SİA-nın məlumatına görə, konfransda Vergilər Nazirliyinin əməkdaşları tərəfindən indiki, əvvəlki durum və gələcək perspektivlər haqqında jurnalistlərə məlumat verilib. Vergilər Nazirliyi vergi siyasəti və strateji araşdırmalar baş idarəsini rəisi Akif Musayev bildirib ki, vergi qanunvericiliyi sadələşdirildikdən və təkmilləşdirildikdən sonra vergi ödəyicilərinin sayı artıb: \"Belə ki, hazırda vergi ödəyicilərinin ümumi sayı 387923 nəfərdir. (17257 ƏDV ödəyiçisi). O cümlədən hüquqi şəxslər 67200 (14038 ƏDV), fiziki şəxslər 320723 (3219 ƏDV) nəfərdir. Həmçinin Akif Musayev əvvəlki dövrlərə nisbətən 13 vergi dərəcəsindən 9 vergi dərəcəsi qaldığını bildirib. Əgər əvvəllər ƏDV vergisi 28 % ödənilirdisə, indi isə bu 18 %-i təşkil edir. Mənfəət faizi əvvəl 32 % idisə indi isə 20 %-ə endirib. Gəlir vergisi 55 % -dən 14-20 % -ə qədər endirilib.Qeyd edək ki, vergi ödəyicilərinin sayı günü-gündən artır, hazırda Azərbaycanda vergi ödəyicilərinin sayı 40 min nəfərə çatıb. 2010-cu ildə bu rəqəm 35 %- idisə 2011–ci ildə bu rəqəm 40 %-i təşkil edir.

Mirvari Kamilqızı

Bütün xəbərlər Facebook səhifəmizdə