Bu gün Azərbaycan Vergilər Nazirliyinin dəstəyi ilə Şamaxı rayonunda jurnalistlər üçün "Press Tur" təşkil olunub. SİA-nın verdiyi xəbərə görə, "Press Tur"un təşkil olunmasının əsas məqsədi jurnalistləri Şamaxı rayonun Nağaraxana kəndi ərazisində Vergilər Nazirliyinin Tədris Mərkəzi ilə yaxından tanış etməkdir. Mediya nümayəndələri bu gün tədris mərkəzi ilə tanış olub. Mərkəzdə çox yüksək səviyyəli infrastruktur yaradılıb. Həmçinin mərkəz Vergilər Nazirliyinin əməkdaşlarının tədris keçməsi üçün ən zəruri avadanlıqlarla təchiz olunub.Qeyd edək ki, iki gün davam edəcək "Pess Tur"da jurnalistlər tədris mərkəzi ilə tanış olacaq, keçirilən seminarlarda iştrak edəcəklər.
Mirvari Kamilqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB