"Türkiyə ilə Azərbaycan qardaş dövlətlərdir, çox gözəl münasibətlərimiz var". SİA-nın xəbərinə görə, bunu Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov deyib. Onun sözlərinə görə, Türkiyə ilə İsrail arasında gərginliyin baş verməsi çox təəssüfləndiricidir: "Münasibətləri qurmaq çətin, qırmaq isə asandır. Biz də bunun tərəfdarı deyilik. Gərək hadisələr bu məcraya gəlib çıxmayaydı. Amma, sözsüz ki, biz bu məsələdə qardaş Türkiyənin mövqeyini başa düşürük. Onu da başa düşürük ki, bir dövlətin 10 vətəndaşı gəmidə öldürülürsə, sözsüz ki, bu, Türkiyəyə qarşı böyük haqsızlıqdır. Bu mənada biz həmişə Türkiyənin yanındayıq. Bununla belə, hesab edirəm ki, Azərbaycanın digər dövlətlərlə münasibətlərinə də anlaşıqlı yanaşmaq lazımdır. Çünki Azərbaycan gənc, müstəqil bir dövlətdir".
Ermənistanda ötən gün keçirilən parada gəlincə Z.Əsgərov : "Ermənistanda parad yox, oyuncaq şou keçirilirdi. Əvvəla ona görə ki, Ermənistan müstəqil dövlət deyil. Əgər müstəqil dövlət deyilsə, onun müstəqil dövlət kimi parad keçirməsinin mənası yoxdur. Özləri də təsdiq etdi ki, Ermənistan müstəqil, suveren dövlət deyil, Rusiyanın forpostu olaraq qalır və bir forpost kimi onlara sədaqətlə xidmət edirlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB