Gunnar Viegand: “Gələn ay Transxəzər layihəsinin reallaşmasının hüquqi əsaslarına dair danışıqlara başlanacaq” - MÖVQE
Ötən həftə Avropa Komissiyası və onun 27 Avropa İttifaqı ölkəsi Transxəzər boru kəməri layihəsi üzrə mandatını irəli sürüb ki, bu layihənin həyata keçirilməsi üçün həm Azərbaycan, həm də Türkmənistanla danışıqlara başlanılsın. SİA-nın xəbərinə görə, bunu Avropa İttifaqının heyətinə isə qurumun xarici fəaliyyət xidmətinin direktoru Gunnar Viegand (Qunnar Viqand) bildirib. Onun sözlərinə görə, bu layihə çərçivəsində Avropa İttifaqı tərəfindən idxalın müxtəlifləşdirilməsi, diversifikasiya əhəmiyyət daşıyır. Direktor qeyd edib ki, Azərbaycan üçün isə ixracatçı ölkə kimi enerji məhsullarının idxalı diversifikasiyanı nəzərdə tutulur: "Əməkdaşlığın digər sahəsi isə viza sadələşdiilməsi ilə bağlıdır və bu istiqmaətdə danışıqlar bu yaxınlarda başlayacaq. Viza sadələşdirilməsi məsələsində nəzərdə tutulur ki, Azərbaycan vətəndaşlarına viza verilərkən bununla bağlı ödənişlər daha aşağı qiymətə olsun. Viza sadələşdirilməsinin əsas məqsədi insanlar arasında əlaqələrin artırılmasıdır".
G.Viegand vurğulayıb ki, Avropa İttifaqı Azərbaycan və Türkmənistanla Transxəzər layihəsinin reallaşmasının hüquqi əsaslarına dair danışıqlara gələn ay başlayacaq. Layihənin mühüm əhəmiyyət kəsb etdiyini önə çəkən Qunnar Viqand bildirib ki, Transxəzər kəməri Avropaya enerji resurslarının nəqlini müxtəlifləşdirəcək, həmçinin Azərbaycana təkcə neft ixrac edən deyil, həm də tranzit ölkə olmaq imkanı verəcək. Rusiyanın Xəzərin statusu probleminin həllini tapmaması səbəbilə Transxəzər qaz kəmərinin tikintisinə dair danışıqların başlamasına necə reaksiyasa verəcəyini G.Viegand qeyd edib ki, Avropa İttifaqı heç bir ölkə ilə münasibətləri korlamaq və regionda gərginlik yaratmaq niyyətində deyil.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB