Sumqayıt və Xırdalanda qanunsuz loto oyunları obyekti aşkar olunub
Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin və 2 saylı Ərazi Vergilər İdarəsinin Sumqayıt və Xırdalan şəhərlərinin müxtəlif yerlərində birgə keçirdiyi operativ nəzarət tədbirləri zamanı vətəndaş Hüseynov Vahid Ələsgər oğlunun Sumqayıt şəhəri Nizami küçəsi 34-cü məhəllədə yerləşən \"Göyərçin məişət xidməti\" obyektində, Qədəşov Ramil Ağadadaş oğlunun Sumqayıt şəhəri 17-ci mikrorayon \"Billur şadlıq sarayı\"nın yanıda yerləşən obyektində, Rəhimov Elmin Rəhim oğlunun Sumqayıt şəhəri 9-cu mikrorayon 72 saylı binanın yanında yerləşən obyektində, İsmayılov Vüqar Ramazan oğlunun Sumqayıt şəhəri Koroğlu prospekti 47-ci məhəllədə yerləşən obyektində, İlyasov Tehran Eldar oğlunun Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən \"Şəms ticarət mərkəzi\"nin arxasındakı kafedə və Musayev Alim Oruc oğlunun həmin ünvanda yerləşən \"Şeş-beş\" kafesində qanunsuz olaraq loto oyunlarının təşkil olunduğu aşkar edilib. SİA-nın nazirliyin rəsmi saytına istinadən verdiyi xəbərə görə, vergi əməkdaşları tərəfindən həmin obyektlərdə müvafiq avadanlıqlar aşkarlanaraq götürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB