"Vizaların sadələşdirilməsi ilə bağlı danışıqlar hələ ki, başlamayıb. Bir həftə
bundan öncə, Avropa Komissiyası Azərbaycanla
viza rejiminin sadələşdirilməsinə dair danışıqlara başlamaq üçün sənəd hazırlayıb
və o, Avropa İttifaqı Şurasına təqdim olunub. Şura bu sənədi yaxın zamanlarda
təsdiq etməlidir. Avropa İttifaqı Şurası bu sənədi təsdiqlədikdən sonra bu proses
başlayacaq". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan
xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev deyib.
Avropa İttifaqı ilə Azərbaycan arasında vahid aviasiya məkanının yaradılması məsələsinə münasibət bildirən M.Məmmədquliyev bildirib ki, bu yalnız təklif şəklindədir. Onun sözlərinə görə, buna Azərbaycanın müvafiq qurumları tərəfindən baxılmalıdır. O vurğulayıb ki, bundan sonra bu məsələyə münasibətlərini bildirəcəklər.
Azərbaycanla Avropa İttifaqı arasında assosiativ saziş üzrə danışıqlar prosesinin gedişini şərh edən M.Məmmədquliyev vurğulayıb ki, bu istiqmaətdə işlər gedir: "Bəzi ölkələr bu saziş üzrə danışıqlara xeyli qabaq başlayıblar. Artıq video-konfrans vasitəsilə danışıqlar başlayıb, 2 gün öncə belə konfranslar keçirilib. Oktyabr ayında danışıqlar qrupunun iclası keçiriləcək. Bəzi məsələlərlə bağlı bizim mövqeyimiz Avropa İttifaqının mövqeyindən bir qədər fərqlənir. Lakin düşünürəm ki, danışıqlar çərçivəsində bu məsələləri həll etmək mümükün olacaq. Danışıqların nə vaxt başa çatacağını söyləmək çətindir. Bu təkcə Azərbaycandan deyil, qarşı tərəfdən də asılı olan məsələdir".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB