Elçin Behbudov: «Qeyri insani rəftar və işgəncə faktları daha çox iptidai istintaq zamanı qeydə alınır»

Elçin Behbudov: «Qeyri insani rəftar və işgəncə faktları daha çox iptidai istintaq zamanı qeydə alınır»

"Qeyri insani rəftar və işgəncə faktları daha çox iptidai istintaq zamanı qeydə alınır" SİA-nın Qərb Bürosunun məlumatına əsasən bunu Gəncə şəhərinə səfəri çərçivəsində İşgəncələr Əlehinə Azərbaycan Komitəsinin sədri Elçin Behbudov bildirib.

Onun sözlərinə görə cari ilin müvafiq dövrü ərzində ölkənin güc sturukturlarından İşgəncələr Əlehinə Azərbaycan Komitəsinə 90-a yaxın şikayət daxil olub. Şikayətlərin əksər qismi qeyri-insani rəftarla bağlıdır.

"Polis idarələrində və müvəqqəti saxlanma məntəqələrində qeyri insani rəftar daha çox ilkin istintaq zamanı qeydə alınır. Başqa sözlə desək ilkin izahat yazılışı zamanı saxlanılan şəxslər təziqlərə məruz qalır. Buna həbs olunan vətəndaşların döyülmə faktları da daxildir", - deyə E.Behbudov əlavə edib.


İlham Məmmədov


Bütün xəbərlər Facebook səhifəmizdə