Stomatoloji kabinetlər göstərdikləri xidmətlərin qiymətini durmadan artırır. Yaxşı bilirlər ki, ağ, şəffaf və sağlam dişlər hər kəsin arzusudur. Ona görə də heç kimə güzəşt olunmur...
Stomatoloji bazardakı qiymətlərin bahalığı isə çoxlarını çürük, yaraşıqsız, kariyesli dişlərlə gəzməyə məcbur edir.
Hətta ağız nahiyələrini tamamilə boş qoymağa məcbur olanlar da var. Protez və implantasiyanın da qiyməti durmadan artır.
Real vəziyyəti öyrənmək üçün qiymətlərlə maraqlandıq.
\"Sağlam diş\" özəl klinikasının həkimi bir dişi çəkdirməyin qiymətinin 15 manat olduğu bildirdi: "Ən keyfiyyətli müalicə üsulu hesab edilən lazer plomblarının qiyməti 25 - 30 manata, keyfiyyətcə daha aşağı olan plomblar isə 20 - 25 manatadır\".
Bir neçə dişin müalicəsi 150-200 manata başa gəlir.
1 illik ömrü olan dişlər
Əhali isə stomatoloqların həm qiymətindən, həm də xidmətindən narazıdır. Paytaxt sakinləri arasında apardığımız sorğu zamanı stomatoloqların saxtakarlığından şikayətlənənlərə daha çox rast gəldik. Rəbiyyət xanım diş həkimlərinin passiyentlərin naşılığından istifadə edərək onlara saxta və keyfiyyətsiz dişlər düzəltdiyini deyir: "3 il bundan əvvəl \"metal-plastmas\" adı ilə dişlər qoydurmuşam. O vaxt həkim bu dişlərin ən azı 7 - 8 il müddətində məni incitməyəcəyini demişdi. Ancaq 2 ildən sonra dişlərin hamısı qırıldı, üzəri göyərməyə başladı. 1000 manata yaxın pul xərcləmişdim. İndi yenidən diş düzəltdirməliyəm".
Onu da öyrəndik ki, hazırda klinikalar eyni xidmətə görə, fərqli qiymətlər təklif edir. Məsələn bir klinikada 20 manata təklif olunan xidmət digərində 30 manatdır.
Qiyməti bahalaşdırmağa məcburuq
Stomatoloqlar isə bunun səbəbini diş müalicəsi, diş düzəldilməsi və digər əməliyyatlar üçün istifadə etdikləri materialların bahalaşması ilə izah edirlər. "Nur" klinikasının stomatoloqu Azər Qurbanov aldıqları məhsullar baha olduğundan qiymətləri bazar qiymətlərinə uyğunlaşmağa məcbur olduqlarını dedi: "İstifadə etdiyimiz məhsullarının böyük hissəsini xaricdən alırıq. Məhsulların qiyməti artdıqca xidmətin də qiyməti artır. Ancaq qiymət artımında süni əngəllərin də rolu var. Elə diş texnikləri var ki, ucuz materiallardan hazırladıqları dişləri baha qiymətə təqdim edirlər. Pasiyentlərin çoxu isə bu əməliyyatlarla bağlı məlumata malik olmadıqlarından aldanırlar. Pasiyentin ağzına keyfiyyətli adı ilə ucuz materiallardan hazırlanmış plomblar və ya dişlər qoyulmasının qarşısını almaq üçün etibar qazanmış mütəxəssislərə müraciət etsələr, daha yaxşı olar\".
Qiymətə baxmayaraq diş əkdirənlərin sayı çoxdur
Cərrah – implantoloq Afət Ağazadə isə qiymət artımına baxmayaraq, dişlərin ən müasir və bahalı müalicə üsullarından olan implantologiya ilə müalicəsi üçün müraciət edənlərin sayının durmadan artdığını deyir: \"Dişlərin əkilməsi dünya miqyasında, habelə respublikamızda son illər dəbə düşüb. Əvvəllər əhali dişlərini implantasiya etməyə ehtiyatla yanaşır və müəyyən mənada qorxurdu. İndi isə vəziyyət çox dəyişib. Bizim mərkəzin implantologiya şöbəsinə gün ərzində ən azı 5 - 6 nəfər müraciət edir. Hər gün uğurlu əməliyyatlar həyata keçirilir\". \"Əməliyyatların keyfiyyətinə zəmanət verirsinizmi\" sualına mütəxəssis implantasiya üçün müraciət edənlərin öncə mükəmməl surətdə tibbi müayinə olunduğunu bildirdi: \"Bizdə ancaq keyfiyyətli avadanlıq və materiallardan istifadə olunur. Hazırda ən mürəkkəb cərrahi əməliyyatlar həyata keçiririk. Onu da deyim ki, implantasiya və bioplastik materiallardan yararlanmaqla sümük köçürülməsi əməliyyatı tətbiq edirik. Bu əməliyyatdan o vaxt istifadə edirik ki, pasientdə damaq sümüyü qısa olur. Əməliyyat zamanı ən tanınmış dünya şirkətlərinin hazır plastik sümük əvəzedicilərindən də istifadə edirik\".
Müsahibim bu əməliyyata xəstələrin əvvəlcədən hazırlandığını da bildirdi: \"Proses öncəsi pasiyentin ağız boşluğu gigiyenik tərəfdən təmiz olmalıdır. Lazım gələrsə, onlar terapevtin köməyi ilə yaxşıca müalicə olunur, ağızda infeksiya mənbəyi varsa, məhv edilir. Bundan sonra cərrah - implantoloq işə başlayır. Dişlərin əkilməsindən sonra pasiyentlər nəzarətə götürülür. Onların durumu izlənilir\". A. Ağazadə ilk implant əməliyyatını 10 il öncə apardığını və hazırda həmin pasiyentin vəziyyətinin normal olduğunu bildirdi. İmplantasiya əməliyyatının qiymətinə gəldikdə isə öyrəndik ki, bu əməliyyat 800 manatdan başlayaraq bahalaşır.

Bütün xəbərlər Facebook səhifəmizdə