Bu gün Mətbuat Şurasında "Mediada dil faktoru" mövzusunda dəyirmi masa keçirilib. SİA-nın xəbərinə görə, bu şuranın Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə reallaşdırdığı "Medianın dil xüsusiyyətləri: monitorinq ictimai amil kimi" layihəsi çərçivəsindəsayca ikinci toplantıdır.
Mətbuat Şurasının sədri Əflatun
Amaşov şuanın mediada ana dilindən
istifadə xüsusiyyətlərinə dair monitorinqin nəticələrini açıqlayb. Layihənin
may ayından icra olunduğunu deyən sura sədri vurğulayıb ki, 4 ay müddətində
ölkədə fəaliyyət göstərən KİV-lərin dil süsusiyyətləri ilə bağlı araşdırmalara
aparılıb: "Bu müddət ərzində ümumilikdə 21 min 786 pozuntu faktı aşkarlanıb. Onlardan 305-i leksik, qalanı isə qrammatik və
üslub pozuntularıdır. Morfoloji qaydalara əməl olunmaması 2061, sintaktik
qaydalara əməl olunmaması 7418, üslub pozuntuları 14056 dəfə olub. Əgər
diqqətlə izləsək, bu gün jurnalistlərin yazdığı materiallarda orfoqrafiya
lüğətinin prinsiplərinin pozulduğunu görərik. Bundan başqa, durğu işarələri ilə
bağlı da çoxsaylı problemlər var. Əsas məqsədimiz problemləri ümumiləşdirmək və
aradan qaldırmaq yollarını tapmaqdır. Bir neçə qəzeti çıxmaq şərti ilə, əksər
qəzetlərdə bu sayaq pozuntular var. Bu məqsədlə yaxın günlərdə Mətbuat
Şurasının təşəbbüsü ilə orfoqrafiya lüğəti çap olunacaq. Bu gün redaksiyalarda
korrektor vəzifəsi də yoxdur. Bunun üçün qəzetlərdə bu vəzifənin bərpa
olunmasını məsləhətdir. Amma məlumdur ki, bu gün korrektor vəzifəsində çalşacaq
ixtisaslı kadrlar çox azdır".
Jurnalistika ilə bağlı yeni tədris vəsaitinin və proqramın
hazırlandığını da deyən Ə. Amaşov qeyd eidb ki, bu proqram çərçivəsində həm
jurnalistlər, həm də jurnalistika fakültəsinin tələbələri üçün treninqlər keçiriləcək.
Layihənin eksperti, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, "Xalq qəzeti"nin şöbə müdiri İlham Abbasov monitorinqin ümumilikdə 40 qəzetdə aparıldığını deyib: "mətbuatda ən qorxulu məsələ morfologiyaya əməl edilməsidir. Dilin qanunlarının pozulması birbaşa qanunlaırn pozulması deməkdir. telekanallarla müqayisədə mətbuatın dili xeyli yaşxşıdır. Amma bu o demək deyil ki, mətbuatda vəziyyət ürəkaçandır. Azərbaycan dili türk dillərindən biridir. Qəzetlərdə üslub və qrammatik səhvlərə çox sayda rast gəlinir. Beynəlxalq səviyyədə işlədilən sözlərin dilimizə inteqrasiyasında da nöqsanlar var. Bütün bunların köklü səbəbi isə ədəbi dilin normalarına bələd olmamaqdır. İstənilən qəzetdə qrammatik səhvlərə rast gəlinir. Bəzilərinin elementar qrammatik üslubdan xəbərləri yoxdur. Dil qaydalarını pozanların inzibati qaydada cəzalandırılmasının zəruridir".
Tədbirin davamında mediada ədəbi dilin pozulmasının təzahür formaları ətrafında fikir mübadiləsi aparılıb, mövcud sahədəki problem və çatışmazlıqların aradan qaldırılması yolları müzakirə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB