Plastik qablar insan səhhəti üçün zərərlidir. Bu qabların zərəri artıq mütəxəssislər tərəfindən isbat olunub. Bu səbəbdən də, bir çox ölkələr plastik qablardan istifadəyə qadağa qoyub. Avropa ölkələri ilə yanaşı, Bəzi MDB ölkələrində də qadağa qüvvədədir. Məsələn Latviyada plastik qablar, plastik torbalar ləğv edilərək kağız sellofanlarla əvəzlənib.
Ancaq bizdə plastik qablardan hələ də geniş istifadə olunur. Bu gün elə bir qablaşdırılmış məhsul tapmaq olmaz ki, plastik sellofan və qabda qablaşdırılmasın.
Hətta bu gün zibilliklərə atılan sellofan torbalar da yenidən emal edilərək istifadə olunur.
Hazırda plastik qablardakı suların, uşaqların qidalandırılması üçün butulkaların da çoxu plastikdəndir.
Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev isə hesab edir ki, xarici ölkələrdə plastik qablara qoyulan qadağanın bizdə də həyata keçirilməsinin vaxtı çatıb: \"Artıq Avropa və ABŞ-da plastik qablaşdırılmaya olan tələb maksimal surətdə azalıb. Bu qablar ekologiyaya ciddi zərər vurmaqla yanaşı, həm də müxtəlif xəstəliklərin yaranmasına səbəb olur. Sözsüz ki, plastik qablarda suyun qablaşdırılması istehsalçıya hər tərəfdən səmərəlidir. Çünki şüşədən fərqli olaraq bu qablar qırılmır və onların daşınması daha asandır. Ona görə də istehsalçılar plastiklə vidalaşmağa tələsmir. Hələlik bu qabların insan orqanizminə vura biləcəyi zərər dəqiq müəyyənləşdirilməsə də, dünya alimləri hesab edirlər ki, plastik butulkaların hazırlanmasında istifadə edilən bifenol A insan orqanizmi üçün ciddi təhlükə mənbəyidir. Bifenol A hazırda su və pivə qablarının, uşaq butulkalarının, oyuncaqların, məhsulların qablaşdırılmasında və sair geniş istifadə olunur. Araşdırmalar göstərib ki, bu maddə insanın immun və əsəb sisteminə olduqca ciddi təsir göstərir".
Mütəxəssis uzun müddət plastik qablarda qablaşdırılmış məhsullarla qidalanmaq xərçəng və digər qorxulu xəstəliklərin yaranmasına səbəb ola biləcəyini dedi: "Plastik qabda çay, qəhvə, yemək yeyərkən plastikanın tərkibində olan maddələr qida ilə reaksiyaya girir və xərçəng xəstəliyini törədən maddələr ifraz edir. Plastik qablarda isti yemək və ya maye saxlamaq yolverilməzdir. Temperaturu 70 dərəcədən çox olan mayelər, qazlı və içkilər, tərkibində turşuluğu olan qidaları plastik qablarda saxlamaq məqsədəuyğun deyil. Plastik qablardan yalnız soyuq su və ya qida saxlamaq olar. Ancaq bu da qısamüddətli olmalıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB