“Xəzər həftəsi\" ilə bağlı tədbirlər keçiriləcək

“Xəzər həftəsi\" ilə bağlı tədbirlər keçiriləcək

26–30 sentyabrda "Xəzər həftəsi"nin qeyd olunması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən hazırlanan tədbirlər keçiriləcək. Bu barədə SİA-ya ETSN-nin mətbuat xidmətindən məlumat verilib.

Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub 955 kilometrlik sahil zolağında -Nabran, Sumqayıt, Bakı, Neftçala, Lənkəran şəhər və rayonlarının ərazilərində vətəndaşların, yerli icra strukturlarının, təhsil müəssisələrinin və KİV nümayəndələrinin iştirakı ilə iməciliklərin, dəyirmi masaların keçirilməsi, həmçinin Xəzərin bioresurslarının artırılması istiqamətində Azərbaycan Hökuməti tərəfindən görülmüş işlər barədə iştirakçıların məlumatlandırılması nəzərdə tutulub.

"Beynəlxalq Dəniz günü" münasibətilə keçirilməsi nəzərdə tutulan bütün mədəni-kütləvi tədbirlər dənizin ekoloji cəhətdən saflığının və davamlılığının qorunmasına, onun sərvətlərinin mühafizə olunmasına, eləcə də bu istiqamətdə görülən işlər barədə ictimaiyyətin maarifləndirilməsinə yönəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə