Əli Əhmədov: “Milli-mənəvi dəyərlər Azərbaycanın inkişafının vacib şərtlərindən hesab olunmalıdır”
\"Azərbaycanda dözümlülük və tolerantlığın təmin edilməsinin kökündə dayanan əhəmiyyətli faktorlardan biri mili-mənəvi dəyərlər sistemidir\". SİA- nın məlumatına görə, bunu \"Müstəqilliyimiz və milli mənəvi dəyərlərimiz\" mövzusunda keçirilən dəyirmi masada çıxışında Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, icra katibi Əli Əhmədov deyib.
Onun sözlərinə görə, regionda və dünyada Azərbaycanın mövqelərinin möhkəmlənməsi, milli-mənəvi dəyərlərin möhkəm dayaqlar üzərində qərar tutması ölkənin müstəqilliyinin birbaşa nəticəsidir: "İnkişafın kökündə dayanan çoxlu amillər içərisində milli-mənəvi dəyərlər xüsusi qeyd olunmalıdır. Milli-mənəvi dəyərlər Azərbaycanın inkişafının vacib şərtlərindən hesab olunmalıdır\".
Əli Əhmədov onu da qeyd edib ki, hər bir xalqın və millətin milli-mənəvi dəyərlər sisteminin nüvəsini onun dini baxışları təşkil edir: "Din, dini inanclar sistemi də hər bir millətin inkişafında əhəmiyyətli rol oynayır. Dinə təkcə insanların inanclar sistemi kimi baxmağın tərəfdarı deyiləm. Din daha geniş, daha əhatəli dəyərlər sistemidir\".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB