Bolqarıstanla yeni layihələr

Bolqarıstan cənub dəhlizin ayrılmaz bir hissəsi kimi həm Azərbaycan həm də digər ölkələrlə danışıqları davam etdirir. Bunu SİA-ya açıqlamasında Bolqarıstan Respublikasının İqtisadiyyat, Enerji və Turizm naziri Trayço Traykov söyləyib. O, Bolqarıstanda bununla bağlı artıq bir neçə layihənin mövcud olduğunu bildirib.

Nazir həmçinin, Bolqarıstanın "Nabucco" layihəsində iştirakından və Azərbaycanlı tərəfdaşlarla bu işə başlayıb digər ölkələrlə apardığı danışıqlardan da söhbət açıb: "Bu baxımdan Qara dəniz hövzəsində sıxılmış qazın nəqli bizim üçün çox maraqlıdır. Çünki bu layihə çox böyük həcmdə olmayan qazlar üçün də mümkündür və bunu həm Bolqarıstan həm də digər ölkələr üçün maraqlı bir layihə kimi qiymətləndirmək olar"

Bütün xəbərlər Facebook səhifəmizdə